Azərbaycanda TOPAZ kabusu dolaşır...-TOPAZA KİM NƏZARƏT EDİR?

Azərbaycanda TOPAZ kabusu dolaşır...-TOPAZA KİM NƏZARƏT EDİR? QUMAR oyunlarının cəmiyyət və millət üçün necə təhlükəli olduğu bəllidir. Hətta müqəddəs kitablarda qumar lənətlənir.
Amma bugünkü dünyanın öz reallıqları da var. Və bizim xoşumuza gəlməsə də bu gün Azərbaycanda idman yarışları adı altında əməlli-başlı qumar gedir. Adı da TOPAZ-dır.
Bəli, Azərbaycanda yeganə mərc oyunları şirkəti TOPAZ-dır. Təsəvvür edirsiniz, burada çalışan əcnəbilər bizim pulumuzu haram yolla qazanıb öz ölkələrinə aparırlar.
Riyazi hesablamaya görə, guya yığılan pulların ( vergi, idman nazirliyi daxil olmaqla ) 60-65 faizi geri ödəniş edilir. Qeyri-rəsmi məlumata görə, TOPAZ-ın rəsmi dövrüyyəsi 200 milyondan çoxdur, bəs qeyri-rəsmi nə qədərdir ? Məlumata görə, TOPAZ-ın illik gəliri 80 milyondan çoxdur.
Bu qədər gəliri olan şirkətdə çalışan türklərin aylıq maaşı 20.000 manatdır və əcnəbi işçilərin aylıq xərclərini TOPAZ ödəyir.
Təsəvvür edin ki, TOPAZ əcnəbi işçi üçün 3000 manata ev kirayə edir, ildə 10 dəfə şirkətin hesabına öz vətənlərinə gedib gəlirlər. İlin sonunda isə əcnəbi işçilərə 100.000 manat bonus yazılır.
Şirkətin azərbaycanlı işçilərinə isə az qala 2-ci sort kimi baxırlar. Hazırda pandemiya-karantin dövründə TOPAZ-da nə baş verir və digər neqativ hallar barədə...
Nizami və Bakı kinoteatrlarında hazırda nəyə qızğın hazırlıq gedir ? Bəlkə TOPAZ-a? Babayev qardaşları kimdir ?
Araşdırmamız davam edir.
(gundelik-baku.com)
Geri qayıt