Fazil Məmmədovun federasiyası “başsız qalıb”

Fazil Məmmədovun federasiyası “başsız qalıb” Sabiq vergilər naziri Fazil Məmmədov rəhbəri olduğu Azərbaycan Velosiped Federasiyasını yaddan çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq nazir Velosiped Federasiyası ilə maraqlanmır.

Bildirilir ki, F.Məmmədov son bir neçə ildə Federasiyaya bir dəfə də getməyib.

Federasiyanın rəsmi rəhbəri F.Məmmədov olsa da, qurum vitse-prezident Sahib Ələkbərov tərəfindən idarə edilir.

Qurumdakı maliyyə məsələlərinə isə S.Ələkbərov nəzarət edir.
Geri qayıt