Rafael Ağayev çempion oldu

Rafael Ağayev çempion oldu Tanınmış karateçi, 5 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayev növbəti dəfə çempion olub.

Mərakeşdə keçirilən “Karate1” yarışında iştirak edən təmsilçimiz ardıcıl 6 yarışda rəqiblərini məğlub edib.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə çıxış edən idmançımız finalda Səudiyyə Ərəbistanından olan Raef Alturkistani ilə qarşılaşıb.

Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.
Geri qayıt