"Formula-1”yarışları ləğv edildi - Bakı sual altındadır?

"Formula-1”yarışları ləğv edildi - Bakı sual altındadır? Yeni 4-cü növ koronavirusun (Kovid-19) yayılması səbəbindən təxirə salınan 2020 Formula 1 Dünya Çempionatının 5, 6 və 7-ci yarışları, planlaşdırılan tarixdə keçirilməyəcəkdir.

Formula -1 rəhbərliyi qərar verib.

Bununla da Avstraliya, Bəhreyn, Vyetnam, Hollandiya, 3 mayda İspaniya, mayın 10-da İspaniya və mayın 24-də Monako Qran-prisi təxirə salınıb.

Təşkilatçıların açıqlamasında bildirilib ki, xəstəliyin qarşısı alınarsa may ayından sonra yenidən Formula -1 yarışlarının keçirilməsinə niyyətliyik. Qeyd edək ki, bu təxirəsalmalardan sonra planlaşdırılan ilk mərhələ iyunun 7-də Bakıda baş tutmalıdır.
Geri qayıt