Siqarət çəkən iki futbolçu Azərbaycan millisinin heyətindən qovuldu

Siqarət çəkən iki futbolçu Azərbaycan millisinin heyətindən qovuldu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Yığmanın iki futbolçusu - Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqları üçün (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar. Bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.
Geri qayıt