"Qızıl top”un qalibi Messi olacaq - İspaniya mətbuatı

İspaniya mətbuatı artıq qalibin adını açıqlayıb. Belə ki, “Mundo Deportivo” və “Marca” nəşrlərinin xəbərinə görə, “qızıl top”u Lionel Messi qazanacaq. İspanların iddia etdiyi kimi olsa, “Barselona”nın hücumçusu karyerasında 6-cı dəfə “qızıl top”u qazanmış olacaq.
“Qızıl top” mükafatına son namizədlər Lionel Messi, Kriştiano Ronaldo və Vircil Van Daykdır.
“Qızıl top” mükafatının açıqlanacağı tədbir bu gün, saat 20:00-da başlayacaq.