"Qarabağ” erməni təxribatı ilə üzləşdi, oyun DAYANDIRILDI

"Qarabağ” erməni təxribatı ilə üzləşdi, oyun DAYANDIRILDI Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib.
Xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb.

Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

Qeyd edək ki, "Qarabağ" 30-cu dəqiqədə rəqib qapısından ikinci qolu keçirib.
Geri qayıt