Azərbaycan millisinin baş məşqçisi vəfat etdi
27-09-2019, 16:48
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının və “Məhsul” klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib.
Bu barədə Azərbaycan Həndbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi olan Abdullayev ürək xəstəliyindən vəfat edib.
Geri qayıt