Fazil Məmmədovun dağılan qurumundan ETİRAZ

Bununla bağlı Azərbaycan Otüstü Hokkey Federasiyasının baş katibi Adil Paşayevlə əlaqə saxladıq. Unikal.org-a açıqlama verən keçmiş baş katib bildirib ki, federasiya fəaliyyətini dayandırıb və hazırda işsizdir:
“3 il yarımdır heç bir yerdə çalışmıram. O qədər nəticələr verməyimizə baxmayaraq indi bu idman növü yoxdur. Olimpiadaya düşməyə bir addım qalmışdı.
35 ilimi bu idman növünə həsr etmişəm. Amma 3 il yarımdır heç kim mənimlə maraqlanmır, soruşmur ki, nə işlə məşğulam. İndi bu növündə nə idmançı var, nə də klub kimi fəaliyyət göstərir”.