Qurban Qurbanov istefa verdi

Qurban Qurbanov istefa verdi Futbol üzrə Azərbaycan yığma komandası baş məşqçisiz qalıb.

Qurban Qurbanov postundan istefa verib.

O, bu barədə qərarını AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb. 46 yaşlı mütəxəssisin istefası İK tərəfindən qəbul edilib.

Qeyd edək ki, Qurban Qurbanovun milli komadamızın baş məşqçisi postuna təyinatı ötən il noyabrın 3-də təsdiqlənmişdi. Həmin vaxt tərəflər arasında 6 illik müqavilə imzalanmışdı.
Geri qayıt