Kadimyan Bakıya gəlməyəcək

Kadimyan Bakıya gəlməyəcək Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.

Qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə eyni qrupda mübarizə aparacaq. "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməyəcək. "Sportinq"də isə erməni futbolçu yoxdur.
Geri qayıt