Ronaldo getdi - “Real” 1 milyon izləyicisini itirdi

Xarici KİV-ə istinadən xəbər veririk ki, Ronaldo ilə bərabər "Real"ın Tvitterdəki 1 milyon izləyicisi də komandanın səhifəsini tərk edib.
Əvvəlcə 32 milyon istifadəçisi olan səhifəni izləyənlərin sayı 31 milyona düşüb. Əvəzində "Yuventus"un izləyicilərinin sayı 20% artaraq 6,16 milyon olub.
Bu vəziyyət təkcə Tvitterdə deyil, Feysbuk səhifəsində də müşahidə olunub. "Yuventus"un Feysbuk istifadəçilərinin sayı 400 min, İnstaqram izləyicilərinin sayı isə 900 min nəfər artıb.