Fələstindən Messiyə çağırış: Gəlmə!

Racub bu barədə Ramallada Argentina nüməyəndələrinin ofisinin qarşısında nümayişdən sonra bəyan edib.
Fələstin Futbol Federasiyasının başçısı Argentina tərəfini İsraillə oyunu ləğv etməyi tələb edib.
“Messi, gəlmə. İrqçiliyə bəraət qazandırma”, - deyə o bildirib.
Qeyd edək ki, İsrail və Argentina milli komandaları arasında yoldaşlıq görüşü iyunun 9-da Qüdsdə keçiriləcək.