“Bu, hamımızın vicdan borcudur” - Rövnəq Abdullayev

“Bu, hamımızın vicdan borcudur” - Rövnəq Abdullayev Bu gün Azərbaycan Cüdo Federasiyasının növbəti Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Bakı Olimpiya Stadionunda keçirilən toplantıya federaisyanın prezidenti Rövnəq Abdullayev sədrlik edib. Konfransı giriş sözüylə açalan Abdullayev 2015-ci ildən sonra ilk dəfə keçirilən tədbir haqda qısa məlumat verib, cüdoya dövləq qayğısından danışıb.

Ardından ACF-in baş katibi Elman Babanlı konfransın gündəliyi haqda məlumat verib. Konfransın gündəliyi belə olub:

1. Mandat Komissiyasının üzvlərinin seçilməsi
2. Konfrans iştirakçılarının tərkibinin yoxlanılması
3. Federasiyanın ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat
4. Maliyyə hesabatı
5. İcraiyyə Komitəsinə yeni üzvün seçilməsi
6. Federasiyaya yeni üzvlərin qəbulu

Federaisyanın ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı baş katib Elman Babanlı, maliyyə hesabatıyla əməkdaşı Faiq Cəfrov məruzə edib. "Cüdo-2012" İctimai Birliyinin rəhbəri Azər Əsgərov İcraiyyə Komitəsinə yeni üzv seçilib. Federasiyaya 8 yeni üzv seçilib ki, bunlar arasında "Qəbələ" İdman Klubu da olub.

Konfransa yekun vuran R. Abdulalyev bu müddətdə görülən işlərin çox olduğunu bildirib: “İşlər böyük zəhmətin nəticəsində görülüb. Bu, aysberqin alt hissəsidir, görünməyən tərəfidir. Görünən medallaradır. Ancaq onun qazanılmasına aparan insanlar burada oturublar. Onlar əziyyət çəkirlər. Qarşıda bizi böyük işlər gözləyir. Ən vacibi sentyabrda Bakıda keçiriləcək dünya çempionatıdır. Düşünürəm ki, buna ciddi hazırlaşmalı, həmin mötəbər tuniri ən yüksək səviyyədə keçirməliyik. Bunun üçün hər gün, saatbasaat işləməliyik. Bu məqsədlə ictimaiyyəti bura qoşmalıyıq, cüdosevələri zallara yığmaq lazımdır. Doğma zal amili bu baxımdan önəmlidir. Uğur qazanmaq üçün zalı doldurmaq lazımdır. Boş olanda kömək olmur. Yarışda uğurla iştirak edib nöqtəni qoymaq lazımdır. Bakıdakı dünya çempionatında yer tutmaq vəzifə və vicdan borcumuzdur. Bu, dövlətimiz, xalqımız, prezidentimiz qarşısında olan vəzifədir".
Geri qayıt