Bu qanunlara dəyişiklik ediləcək

Bu qanunlara dəyişiklik ediləcək Milli Məclisin Gənclər və idman komitəsi parlamentin yaz sessiyası dövründə görəcəyi işləri açıqlayıb.

Məlumata görə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə "Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi, "Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
Eyni zamanda, "İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” və "Bədən tərbiyəsi və idman haqqında” qanunlara əlavələr edilməsi, Səhiyyə komitəsi ilə birgə "Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin hazırlanması və müzakirəsi, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.
Geri qayıt