Olimpiya çempionumuz seçim qarşısında - Ya son, ya Türkmənistan

Olimpiya çempionumuz seçim qarşısında - Ya son, ya Türkmənistan Olimpiya çempionu Toğrul Əsgərov karyerasını başa vura bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, idmançı bu barədə artıq federasiyanın rəhbərliyinə məlumat verib.

Cəza müddətinin bitməsini gözləyən sərbəst güləşçi hələ də federasiya ilə münasibətlərini əvvəlki vəziyyətə gətirə bilmir. Bu səbəbdən o, qurum rəsmiləri ilə görüşərək cəza müddəti bitər-bitməz ya Türkmənistandan gələn təklifi dəyərləndirəcək, ya da karerasını bitirəcək.

Federasiya idmançının əməliyyat və müalicəsi üçün pul ayırmayıb.

Güləşçinin yaxınlarının bildirdiyinə görə, bu durumdan idmançı və yaxınları çox narahatdır.
Geri qayıt