Qurban Qurbanovdan milliyə ilk təyinat

Qurban Qurbanovdan milliyə ilk təyinat Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun gəlişindən sonra əsas komandada ilk təyinat gerçəkləşib.

xalqxeber.az xəbər verir ki, futbol tariximizdə ilk dəfə olaraq millidə mətbuat katibi vəzifəsi yaradılıb.

AFFA-nın rəsmi Feysbuk səhifəsi xəbər verib ki, bu vəzifəyə Elman Himayətoğlu təyin edilib. Hazırda “Zirə”də mətbu katibi olan E.Himayətoğlu 1 Yanvar 2018-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq.
Geri qayıt