İdmançılarımız qızıl medallarla qayıtdılar

İdmançılarımız qızıl medallarla qayıtdılar İtaliyanın Karrara şəhərində Uşu-Sanda üzrə dünya çempionatı keçirilirb. Dünyanın 60-dan çox ölkəsini təmsil edən idmançıların qatıldığı çempionat 5 gün davam edib.
Azərbaycanın Uşu sandaçılarının da qatıldığı yarış gərgin döyüşlərlə yadda qalıb. Təmsilçilərimiz çempionatda inamlı mübarizə apraraq arzulanan nəticələr əldə ediblər.

Ağır çəki dərəcəsində döyüşən Fuad Qasımov bütün rəqibləri üzərində parlaq qələbə qazanaraq dünya çempionu tutulunu qazanıb. Digər təmsilçimiz - 85 kq çəki dərəcəsində döyüşən Yuriy Kim də F.Həsənovun nəticəsini təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Medal hesabımızı artıran növbəti idmançı isə Rüstəm Həsənov olub. O, güclü rəqibləri üzərində inamlı qələbə qazanaraq finala yüksəlsə də, sonuncu mərhələdə bəxt üzünə gülməyib. R.Həsənov Dünya Çempionatının gümüş medalına layiq görülüb.

Çempionatda veteranlar arasında da döyüşlər keçirilib. Uşu Sanda üzrə milli komandamızın məşqçisi, boks üzrə Respublikanın əməkdar məşqçisi Zaur Məmmədov bütün rəqibləri üzərində üstünlük əldə edərək dünya çempionu adına layiq görülüb.
Geri qayıt