AFFA-nın mətbuat katibi vəzifəsindən uzaqlaşdırıldı

AFFA-nın mətbuat katibi vəzifəsindən uzaqlaşdırıldı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində dəyişiklik edilib.
Belə ki, assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə açıqlama verən M.Nərimanoğlu qeyd edib ki, o, müxtəlif komitələrdə koordinator vəzifəsinə təyin olunub:
“Artıq AFFA-nın mətbuat katibi kimi fəaliyyət göstərmirəm. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsi Firuz Abdullaya həvalə edilib. Mən isə komitələr üzrə koordinator təyin olunmuşam. Lakin komitələrin adları yaxın günlərdə açıqlanacaq”.
Qeyd edək ki, AFFA-nın yeni təyin olunan mətbuat katibi Firuz Abdulla bunadək sözügedən departamentdə baş mütəxəssis vəzifəsində çalışırdı.
Geri qayıt