Mənim üçün gözlənilməz oldu - Qurban Qurbanov millimizdə?

Mənim üçün gözlənilməz oldu - Qurban Qurbanov millimizdə? Robert Prosineçkinin millimizdən ayrılmasından sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yığmamıza başçılıq etməli olduğuna dair fikirlər səsləndirilir.

Məsələ ilə bağlı açıqlama verən təcrübəli mütəxəssis ən düzgün qərarın AFFA tərəfindən veriləcəyini bildirib:

“Hansısa fikir bildirməyim “Atetiko” ilə oyunöncəsi fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər. Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq. Sizdən xahişim odu ki, bu cür suallarla mənim fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə problem var.
Geri qayıt