Azərbaycan və Ermənistan klubları eyni liqada?

Azərbaycan və Ermənistan klubları eyni liqada? Bolqarıstanda maraqlı ideya ortaya atılıb. Balkan və başqa bir neçə ölkənin klublarının iştirak edəcəyi yeni liqa yaradılacaq.

Bu liqada "Meqa Liqa" adlanacaq. Turnirdə Bolqarıstan, Rumıniya, Serbia, Xorvatiya, Yunanıstan, Makedoniya, Monteneqro, Bosnia və Herseqovina, Sloveniya. İsrail, Azərbaycan, Gürcüstan və Ermənistan klubları oynayacaq.

Bildirilir ki, liqanın qurulmasına səbəb adıçəkilən ölkələrdə futbolun maliyyə durumuna yaxşı təsir etməkdir. Həm azarkeşlərdən, həm də televiziya yayımından normal gəlir əldə etmək mümkündür. Plana görə, liqa 2019/2020-ci il mövsümündən başlayacaq.

Geri qayıt