Mikail Cabbarov Nazim İbrahimovun yerini tutdu

xalqxeber.az xəbər verir ki, təhsil naziri Mikail Cabbarov prezident postuna yeganə namizəd olub. Nəticədə o, Qılıncoynatma Federasiyasının prezidenti seçilib və bu postda Nazim İbrahimovu əvəz edib.
Hesabat-seçki konfransında Prezident Aparatının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.