Qurban Qurbanov «Çelsi»dən 6 qol buraxan qapıçını cəzalandırdı

Təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.
Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.
Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.