“Qarabağ” Londona nə vaxt gedir?

“Qarabağ” Londona nə vaxt gedir? Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək “Qarabağ” sentyabrın 12-də Londonda “Çelsi” ilə qarşılaşacaq. Ağdam klubunun artıq səfər planı bəllidi.

Təmsilçimiz sentyabrın 10-da Heydər Əliyev adına hava limanından çarter reysi ilə yola düşəcək. Təyyarədə əsas komandadan savayı “Qarabağ”ın 19 yaşlıları da yer alacaq. “Atlılar” matçdan dərhal sonra vətənə qayıdacaq.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Geri qayıt