Qrupda vəziyyətimiz necədir?

Qrupda vəziyyətimiz necədir? Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində San Marino yığması ilə qarşılaşacaq.

Ardıcıl 4 dəfə məğlub olan yığmamız bu gecə tilsimi qıra bilər.

Qeyd edək ki, komandamız qalib gəlməklə 5-ci yeri 3-cüyə dəyişə bilər. İki pillə yüksəlməyimiz, həm də rəqiblərimizdən asılıdır. Belə ki, Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır.

Hazırda 7 xalla Azərbaycan millisi C qrupunda 5-ci yerdədir, sonuncu pillədə bugecəki rəqibimiz San Marino qərarlaşıb. Qrupun lideri isə 21 xalla Almaniyadır.
Geri qayıt