Rəşad Nəbiyev Zelim Kotsoyevi təbrik etdi

Bu barədə federasiya prezidenti paylaşımedib.
Paylaşımda deyilir: “Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb. Zelimi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan yığması bu çempionatda ümumilikdə 3 bürünc medal qazanıb. Zelim Kotsoyevdən əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıblar.