Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Macarıstanla qarşılaşacaq

Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Macarıstanla qarşılaşacaq  Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.
Geri qayıt