Azərbaycan futbolu üçün tarixi gün

Azərbaycan futbolu üçün tarixi gün Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək.Bu mərhələyə vəsiqə qazanmış ilk Azərbaycan klubu olan "Qarabağ" mübarizəyə evdə start verəcək.

Təmsilçimizin rəqibi Danimarkanın adlı-sanlı "Kopenhagen" klubu olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20.00-da başlayacaq. Görüşü italiyalı FIFA referisi Paolo Taqliavento idarə edəcək.

"Qarabağ" daha bir tarix yazıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaq istəyir. Qurban Qurbanovun yetirmələri bunun üçün evdəki matçda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, "Kopenhagen" 12 dəfə Danimarka Super Liqasının qızıl, 6 dəfə gümüş medallarını qazanıb, 8 dəfə ölkə kubokuna, 3 dəf Super Kubokuna sahib çıxıb.

Onu da qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 23-də Kopenhagendə keçiriləcək.

Çempionlar Liqası

"Play-off" mərhələsi

İlk oyun

15 avqust

20.00 Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka)

Hakimlər: Paolo Taqliavento, Alessandro Qiallatini, Alessandro Kostanza, Filippo Meli (İtaliya).

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato (İtaliya).

Hakim-inspektor: Frits Stuçlik (Avstriya).

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Geri qayıt