"Qarabağ"ın futbolçusu "Ferents Puşkaş" mükafatına namizəd olub

30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.
Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.