Boksçularımız Minskdə 5 medal qazandılar

Turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rüstəmov (56 kq) yarışı 3-cü pillədə başa vurub.
Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.