Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında tatami üzərinə çıxacaq

Yarışın dördüncü günündə Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.