UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi bəlli olub

Almaniyanın “Bavariya” (Münhen) klubunun müdafiəçisi Alfonso Deyvisin yarımfinal mərhələsində İspaniya “Real”ı (Madrid) ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.
Həmin matç "Kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.
Qeyd edək ki, "Real"nı finaldakı rəqibi Almaniyanın "Borussiya" (Dortmund) kollektivi olacaq.