Messinin dublu və Busketsin qolu "İnter Mayami"yə qələbə qazandırdı

Komanda DVR stadionunda "Naşvil"lə qarşılaşıb. "İnter Mayami" rəqibini 3:1 hesabı ilə məğlub edib.
2-ci dəqiqədə "İnter Mayami"nin futbolçusu Franko Neqri topu öz qapısına göndərib.
Lionel Messi 11-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Serxio Busqets qapını dəqiq nişan alıb və komandasını önə keçirib. 81-ci dəqiqədə Messi penaltini dəqiq yerinə yetirərək dubl edib və görüşdə son nöqtəni qoyub - 3:1.
Qeyd edək ki, hazırda turnir cədvəlində "İnter Mayami" 18 xalla liderdir.