“Qarabağ” “Braqa” ilə qayalar arasındakı bu stadionda oynayacaq - FOTOLAR
- 19-12-2023, 16:40
- 734
"Braqa" UEFA Çempionlar Liqasının oyunlarında qrup üçüncüsü olduğuna görə Avropa Liqasına düşüb.
“Qarabağ”ın portuqallarla ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə olacaq. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
"Braqa" Avropada qayalıq ərazidə tikilmiş stadionu ilə tanınan klubdur.
Braqa şəhərində yerləşən futbol stadionu 2003-cü ildə tikilib istifadəyə verilib. Stadion 30154 nəfər tutumludur.
Stadion qayaların arasında salınıb, hətta onun böyük tablosu qayalar üzərində yerləşdirilib.