Ermənistan mediası Vaqif Cavadovdan yazdı

İdman

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.
Qol.az-ın xəbərinə görə, "golosarmeni.am" saytında Cavadovun Rusiyanın "Anji" klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub.
Xəbərdə "Futbol+" qəzetinin məlumatından istifadə edilib. Cavadov bir müddət öncə qəzetə verdiyi açıqlamada "Anji"dən təklif aldığını, ancaq Mahaçkala klubunun baş məqşçisi erməni olduğu üçün bu təklifə rədd cavabı verdiyini deyib.
Qeyd edək ki, “Anji”ni erməni məşqçi Aleksandr Qriqoryan çalışdırır.