"Liverpul"un futbolçusu əməliyyat olunacaq
- 21-10-2023, 17:30
- 815
Bu barədə İngiltərə yığmasının almaniyalı baş məşqçisi Yurgen Klop açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat futbolçunun uzun müddət oynaya bilməməsinə səbəb olacaq: "Mütəxəssislər cərrahiyyə əməliyyatının ən yaxşı variant olduğunu deyirlər. Bu o deməkdir ki, Robertson xeyli vaxt itirəcək. Onun nə vaxta qədər meydana çıxmayacağı dəqiq bilinmir".
Robertson Avro-2024-ün seçmə mərhələsində İspaniya yığması ilə matçda çiynindən zədə alıb. O, birinci hissədə əvəzlənib. Şotlandiya komandası 0:2 hesabı ilə məğlub olub.