AFFA “Sabah”ın şikayətini qismən təmin etdi
- 21-10-2023, 14:00
- 832
Xalqxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib.
“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan T.Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı dəyişdirib, futbolçunun davranışını ciddi qayda pozuntusu kimi qiymətləndirərək ona matçlardan 2 oyunluq kənarlaşdırılması cəzası vermişdir.