Ermənipərəst Boyer Kərim Benzemaya hücum etdi
- 19-10-2023, 11:01
- 537
O, bu barədə sosial şəbəkə hesabında yazıb.
Boyer Benzemanın “Qızıl top”dan məhrum edilməsini istəyib:
“Biz ikili vətəndaşlığı olan dünya şöhrətli fransızın ölkəmizi bu şəkildə biabır, hətta xəyanət etməsini qəbul edə bilmərik. Əgər bu doğrudursa, o zaman Kərimə qarşı sanksiya tətbiq etməyi düşünməliyik”.
O, həmçinin futbolçunun Fransa vətəndaşlığından məhrum edilməsini istəyib.
Fransanın daxili işlər naziri Gerald Darmani də kənarda qalmayaraq Benzemanın guya “Müsəlman Qardaşları” ilə əlaqələrinin olduğunu açıqlayıb.
Qeyd edək ki, futbolçu sosial şəbəkə səhifələrində “Bütün dualarımız haqsız partlayışlarda, nə qadına, nə də uşaqlara aman verilməyən bombaların qurbanı olmuş Qəzza sakinlərinədir” sözlərini yazıb.
Xatırladaq ki, Boyer “artsax” və “miatsum” kimi erməni layihələrinin qızğın tərəfdarıdır. Fransa parlamenti və Senatı tərəfindən qəbul edilmiş “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini məhz o hazırlamışdı.