“Bavariya” və “Barselona”nın skautları “Qarabağ”ın oyununu izləyəcəklər
- 16-10-2023, 21:15
- 776
Məlumata görə, dünya nəhənglərindən əsasən “Bavariya” və “Barselona” klublarının skautları Almaniyadakı sözügedən qarşılaşmanı izləyəcəklər.
Leverkuzen klubunun 20 yaşlı yarımmüdafiəçisi, ilin ən yaxşı gənc futbolçusu adını qazanmağa namizədlər sırasında yer almış Florian Virts diqqət mərkəzində olacaq. Həm münhenlilər, həm də katalonlar Almaniya yığmasının üzvünü transfer etməyə çalışırlar.
Virts bu mövsüm 10 oyun keçirib, üç qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında duellər oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda baş tutacaq.
Mənbə: mundodeportivo.com