Kiberidman üzrə Olimpiya Oyunları baş tuta bilər

İdman

Beynəlxalq Olimpiya Komitəsi (BOK) kiberidman üzrə olimpiya idman oyunlarının keçirilməsi imkanlarını araşdırır.

Bunu komitənin prezidenti Tomas Bax oktyabrın 14-də Mumbayda BOK-un 141-ci sessiyasının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, dünyada 3 milyard insan e-idman və oyunlarla məşğul olur.

Bax potensial oyunçuların əksəriyyətinin 34 yaşdan aşağı olduğunu vurğulayıb ki, bu da BOK üçün çox vacibdir.

Mənbə: iz.ru