“Qəbələ” – “Yagelloniya” oyununun biletləri satışda
- 10-07-2017, 20:35
- 75 291
Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və “Bakcell Arena”nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da (8-ci km stadionu) keçiriləcək “Qəbələ” – “Yagelloniya” matçı saat 21:00-da başlayacaq.