Zümrüd Ağayeva beynəlxalq oyuna təyinat alıb

İdman

 AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Macarıstan - Qazaxıstan matçında UEFA nümayəndəsi olacaq.


Qeyd edək ki, sentyabrın 7-də Macarıstanda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.