"Qarabağ" "Olimpiya"ya qarşı
- 24-08-2023, 09:42
- 1 819
Azərbaycan çempionu pley-off mərhələsinin ilk matçında Sloveniyanın "Olimpiya" klubunun qonağı olacaq.
“Stoyitse” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.