“Sabah”ın Konfrans Liqası oyununun vaxtı dəyişdirildi
- 21-07-2023, 17:26
- 1 035
UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.
Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
“Neftçi” isə bir gün sonra - iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.
Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə - iyulun 27-də keçirəcəyi açıqlanmışdı.