Nazim Sadıxov UFC turnirində ikinci qələbəsini qazandı
- 16-07-2023, 14:00
- 788
Las-Veqasda UFConESPN 49 (UFCVegas 77) turniri çərçivəsində 29 yaşlı döyüşçümüz yüngül çəkidə amerikalı Terrans Makkinsi ilə qarşılaşıb.
O ikinci raundda boğucu fəndlə qələbə qazanıb.
Qeyd edək ki, cari ilin fevralında N.Sadıxov UFC 219 turniri çərçivəsində ilk döyüşünü keçirib və amerikalı Evan Elderə texniki nokautla qalib gəlib.