"Barselona" Neymarı transfer etməyəcək
- 10-06-2023, 17:00
- 825
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu futbolçunun həyat tərzindən narazıdır.
Keçidi çətinləşdirən ikinci amil Neymarın tez-tez zədələnməsidir.
Daha əvvəl mətbuatda Neymarın transferə hazırlandığı və bir neçə Premyer Liqa klublarının onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir.