“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün ikinci mərhələ keçiriləcək
- 8-06-2023, 09:14
- 581
“Report”un məlumatına görə, bu gün turnirin ikinci mərhələsi keçiriləcək.
Velosipedçilər bu dəfə Qəbələdən yarışa start verəcəklər. 14 komandanın idmançıları Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.
Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.