Taekvondoçumuz dünya çempionu oldu

İdman

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib - 21:3.

Beləliklə, Harçeqani "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.