Meksikada futbolçular meydançada GÜLLƏLƏNDİ
- 16-05-2023, 11:42
- 588
Polis rəisi Alejandro Rosales ştatın Atotonilko de Tula şəhərində futbol meydançasında silahlı hücumun baş verdiyini açıqlayıb. O, insident nəticəsində 3-ü 18 yaşdan kiçik 6 nəfərin öldüyünü bildirib.
Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində baş verdiyini bildiriblər.