“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq
- 23-03-2023, 16:00
- 980
Futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” - “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.